Qaradağ rayonu üzrə məktəb seminarları

Oktyabrın 10-da “Məktəb seminarları”nın növbəti sessiyaları Qaradağ rayonunun ümumi təhsil məktəbləri üzrə keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Ümumi təhsildə keyfiyyət ili”ndə təşkil olunan seminarda BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə və təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, fənn müəllimləri, valideyn icmasının təmsilçiləri iştirak ediblər. “Məktəb seminarları” layihəsinin 3-cü ilində əsas məqsəd “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində təsdiq edilmiş Fəaliyyət Planından irəli gələn məsələlərin ümumi təhsil məktəbləri tərəfindən səmərəli icrasını və təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək, həmçinin, ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdən ibarətdir. Məktəb direktorları üçün keçirilən sessiyada çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva məktəb mühiti, məktəblilərin hərtərəfli vətəndaş kimi formalaşdırılması, təmayülləşmə, fənn olimpiadalarına hazırlıq, buraxılış imtahanlarının yeni qaydalar çərçivəsində təşkili və valideynlərlə işin qurulması məsələlərinə toxunub. Sessiyada BŞTİ-nin sektor müdirləri Lamiyə Şərəfxanova, Bəşarət Məmmədov, Şahin İsgəndərov və Anar Qədiməliyev rayonlar üzrə məktəblərin keyfiyyət göstəriciləri, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, tədrisin təşkili, məktəb imicinin formalaşdırılması, məktəbdənkənar tədbirlərin təşkili, məktəblərin payız-qış mövsümünə hazırlığı və digər müvafiq mövzularda çıxış ediblər. Qruplar şəkilində ayrı-ayrılıqda təşkil olunan sessiyalarda tədris prosesinin düzgün və səmərəli qurulmasında müəllimin rolu, keyfiyyətli təhsilvermənin təmin edilməsi, məktəbdaxili metodiki işə nəzarət, sosial layihə və fəaliyyətlərin planlaşdırılması, şagirdlərlə psixoloji xidmətin düzgün təşkili, məktəb kitabxanalarının fəaliyyətinin gücləndirilməsi, təmayülləşmənin tətbiqinin genişləndirilməsində valideynlərin maarifləndirilməsi məsələləri müzakirə olunub. Sessiyalarda müvafiq məsələlər ətrafında müzakirələr aparılıb, təkliflər irəli sürülüb. “Məktəb seminarları” paytaxtın bütün rayonlarını əhatə edəcək.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi