Bu tədris ilinin ilk,mənim isə SON Açıq Qapı günümüz
Bu tədris ilinin ilk,mənim isə SON Açıq Qapı günümüz....Hörmətli valideynlər, dəyərli müəllimlər,əziz şagirdlər! Bütün hamınıza gəlib mənə ürək sözlərinizi dediyinizə görə, getməməyimə görə istənilən köməkliklərinizi təklif etdiyinizə görə səmimi qəlbdən təşəkkür edirəm.Düzdür, mən elə fikirləşirdim ki, 3 illik fəaliyyətimdə heç bir maddiyyət qazanmadım, heç bir aidiyyatı qurumdan bir təşəkkürnamə də əldə etmədim, əksinə 2 dəfə ciddi tənbeh olundum və bu tənbehləri mən atamın ruhuna, daşıdığım soyadıma ləkə, təhqir hesab edərək Ələkbərovların tərcümeyi-halına belə "ləkə" gətirdiyimə görə böyük bir yaraya çevrilmiş xalla yaşadım, övladlarımın, yaxınlarımın, qohumlarımın qarşısında özümü günahkar hesab edərək uzun müddətdir ki, gecəmi gündüzlə qarışdırdım. Lakin indi başa düşdüm ki, mən dünyanın ən varlı insanlarından biriyəm, mənim övladlarım ən xöşbəxt övladlardır. Ona görə ki,mən SİZLƏRİN etimadını doğruda bildim, mən Sizlərin getdiyimə təəsüflənərək göz yaşlarınızı gördüm, kövrəlmələrinizi gördüm, şagirdlərimin avtomobilimə yaxınlaşaraq göz yaşları ilə "müəllim nə olar getməyində, qurban olaq sizə getməyin" deməklərini eşitdim, yazılarında "biz sizin kimi direktorumuzla fəxr edirik" ifadələri gördüm - ...nə bilim...özümü xöşbəxt hiss edirəm və SİZLƏRİN qarşısında BAŞ ƏYİRƏM!Ə.KAZIMOV ADINA 228 №-Lİ TAM ORTA MƏKTƏBDƏKİ 3 İLLİK FƏALİYYƏTİMİ BÜTÖVLÜKDƏ ATAM -ƏLƏKBƏROV ADİL ABUZƏR OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ HƏSR EDİRƏM!