İbtidai siniflərdə (II-IV) şahmat dərslərini bərpa etdik
İbtidai siniflərdə (II-IV) şahmat dərslərini bərpa etdik. Bakı şəhəri üzrə Təhsil İdarəsinə bu məsələdə dəstək verdiklərinə və Kəmalə xanım kimi təcrübəli şahmat müəllimini təhkim etdiklərinə görə bütün kollektivimiz, şagirdlərimiz və müəllimlərimiz adından səmimi təşəkkür edirik.Hesab edirik ki, şagirdlərin mental arifmetik hesablamalarında və məntiqi təfəkkürün inkişafında şahmatın olduqca böyük rolu olacaq.Məktəb uşaqların və yeniyetmələrin müsbət inkişaflarını təmin edə bilən bütün vasitələrdən maksimum dərəcədə istifadə etməlidir.Uğurlu və xeyirli olsun uşaqlar!