Yuxarı siniflərin monitorinqləri davam edir
Yuxarı siniflərin monitorinqləri davam edir.Hörmətli valideynlər və şagirdlər! 14.09.2017 tarixli görüşdə mən sizlərə xəbərdarlıq etmişdim: məktəbli geyimində,intizamında,davamiyyətində problemləri olan şagirdlərə qarşı ən şiddətli tədbirlərimizi görəcəyik.Məktəbli geyimləri, davamiyyəti yuxarı siniflərdə 100% təmin etsək də, bəzi şagirdlərin dərs zamanı intizamlarında problemlər var. Bu gün həmin şagirdlərə sonuncu xəbərdarlıq etdik.Güman edirik ki, yeni başlamış tədris ili ərzində əməkdaşlığımız işgüzarlıq. qarşılıqlı hörmət şəraitində keçəcək.Məktəb şagirdlərə keyfiyyətli təhsil verməli və onların təlim-tərbiyələri ilə məşğul olmalıdır. Bu işdə bizə dəstək olmaq lazımdır, maneə törətmək yox.Bizi başa düşən hər bir kəsə təşəkkür edirik.