Bu il siniflərimizin sayı artdığından 2 növbəli tədris rejiminə keçməli olduq

Bu il siniflərimizin sayı artdığından 2 növbəli tədris rejiminə keçməli olduq.Təhlillərdən sonra seçimimiz 3-cü siniflər üzərinə düşdü.3-cü siniflərin valideynləri məktəb rəhbəri ilə görüşərək 2-ci növbədə övladlarının məktəbə gətirilməsi və aparılması problemlərindən danışdılar.Əslində məktəb rəhbərliyi 2-ci növbəyə keçid barədə hələ iyun ayından valideynlərə məlumat vermişdir. Lakin hörmətli valideynlərimizin bəziləri 2-ci növbəni "qlobal katastrofa" kimi görürlər.Hər kəs kimi, bizdə çox istərdik ki, məktəb 1 növbəli olsun və hamı 1 rejimdə həm oxusun, həm çalışsın. Lakin həqiqət və reallıq bundan ibarətdir ki, tədris korpuslarımızda cəmi 36 sinif otağı var, sabahdan məktəbimizdə 47 sinif fəaliyyət göstərəcək.Hörmətli valideynlərimizi övladlarının təhsili naminə səbrli olmalarını arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi