Əziz dostlar və dəyərli izləyicilər

Əziz dostlar və dəyərli izləyicilər!Bildiyiniz kimi, məktəbimiz 3 ilə yaxındır ki, islahat, yenidənqurma işlərini həyata keçirir.İslahata start verilən zaman məktəbimiz Qaradağ rayonunda 25 ümumtəhsil məktəblərin reytinq cədvəlində 17-ci yerdə olduğu halda, 1.5-2 il müddətində 3-cü yerə, qısamüddətli siçrayışa görə isə 1 yerə yüksələ bilmişdir. Bakı şəhəri üzrə isə 268-ci yerdən 190-cı yerə qədər qalxa bilmişdirUğurumuz və yüksəlimiş 3-cü islahat ilində də davam etdi: MƏKTƏBİMİZ 2016-2017 TƏDRİS İLİNİN NƏTİCƏLƏRİNƏ GÖRƏ II YERƏ, BAKI ŞƏHƏRİ ÜZRƏ İSƏ 140-cı YERƏ YÜKSƏLMİŞDİR!!!!!Beləliklə, 311 Bakı ümümtəhsil müəssisələrinin reytinq cədvəlində məktəbimiz qısa müddətdə nəinki sonuncu yerlərdən, orta yerlərdən də yuxarıya doğru addımlamağa bacarmışıdır və əyalət, perifiriya məktəbində təhsilin səviyyəsini ortadan yüksək edə bilmişdir.Ə.Kazımov adına 228 nömrəli tam orta məktəbin bütün pedaqoji və inzibati-texniki heyətini, hörmətli valideynlərimizi,əziz şagirdlərimizi, bütün Qaradağ ictimaiyyətini,təhsil işçilərini bu yüksək nəticələrlə təbrik edirik!P.S. Sevindirici haldır ki, artıq 3-cü ildir ki, Qaradağ rayonu məktəblərinin reytinq siyahısında ilk üçlükdə Sahil qəsəbəsinin məktəbləri vardır. Son 2 ildə həmin reytinq cədvəlinin siyahısına 319 nömrəli tam orta məktəb başçılıq edir. Dəyərli həmkarımı, əziz dostumu, peşəkar və zəhmətkeş təhsil işçisi, gözəl insan Nəriman müəllim Mürsəliyevin simasında bütün 319 saylı məktəbin kollektivini təbrik edirik, qəsəbə sakinlərinə, yeniyetmələrə, gənclərimizə keyfiyyətli təhsil və səviyyəli təlim-tərbiyə sahəsində gördükləri bütün işlərinə görə bütün kollektivimiz adından təşəkkür edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi