Əziz dostlar və həmkarlar
Səhifəmdə əmələ gələn passivlik işlərimizin çoxluğundan, başımızın məktəb problemlərinin həllinə qarışmasından xəbər verir. Məktəb sənədləşməsi, növbəti tədris ilinə hazırlıq, 1-ci siniflərin şəxsi işləri,məktəbəhazırlıq qrupları, evdə təhsildə təhsil alan şagirdlərimizin sənədlərini Psixoloji-Tibbi-Pedaqoji Komissiyaya toplayıb təqdim etməsi, pedaqoji heyətin və əməkdaşların məzuniyyət əmrləri bir tərəfdən, məktəbin istismar zamanı zərər çəkmiş tədris-inzibati korpusların problemləri digər tərəfdən.....İşlərimiz qurtarmır ki, qurtarmır.Haradasan ay MƏZUNİYYƏT?! P.S. Məktəbimizin dəyərli, zəhmətkeş və fədakar əməkdaşlarının köməkləri və əməyləri ilə tədris ili ərzində onsuzda keyfiyyətsiz təmirdən əziyyət çəkən və "son nəfəsi" ilə bizə xidmət edən məktəbin inzibati-tədris binasının problemlərini həll etməyə çalışırıq.Məktəbi səmimi qəlbdən, ürəklə sevən, məktəbə "can" yandıran, bu işi sevərək dövlətimizə,cəmiyyətimizə, gənc nəsillərimizə fədakarcasına xidmət edən məktəbin bütün xadimə, texniki xidmət heyətinə təşəkkür edirik!Allah köməyiniz olsun, allah əməyinizin əvəzini yetirsin!