Məktəbimizin bir qrup valideynləri məktəb rəhbəri ilə görüşmüşdü

Məktəbimizin bir qrup valideynləri məktəb rəhbəri ilə görüşərək bəzi fənlərin tədrisindən narahatçılıqlarını bildirmişdirlər.Valideynlər, həmçinin qeyd etmişdirlər ki, məktəb rəhbərliyi tərəfindən aparılan islahatları və bütün işləri dəstəkləyirlər, xüsusilə BSQ-lərin bu səviyyədə keçirilməsini alqışlayırlar, baxmayaraq ki,övladları həmin BSQ-lərdə yüksək nəticə əldə edə bilməmişdirlər,lakin obyektivlik,ədalətlilik baxımından bu qiymətləndirmələri tam dəstəkləyirlər.Məktəb rəhbəri ümumi vəziyyəti və məktəblərin kadr potensialında yaşanan mövcud problemləri valideynlərə izah edərək söz vermişdir ki,növbəti tədris ilində həmin narahatçılığa səbəb olan fənlərin tədrisinə şəxsən özü nəzarət edəcək.P.S.Sevindirici haldır ki, artıq valideynlərimizin əksəriyyəti "şişirdilmiş" qiymət davası deyil, keyfiyyətli təhsil və tədris haqqında düşünür. Əslində təfəkkürlərdə bu yanaşmanın dəyişilməsini məktəb idarəetməsinin qələbəsi kimi qiymətləndirmək olar!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi