Məktəbimizin kollektivində ağır itki baş vermişdir
Məktəbimizin kollektivində ağır itki baş vermişdir: ibtidai sinif müəllimi BAĞIROVA ƏZİZƏ QURBAN QIZI dünyasını dəyişmişdir.Əzizə xanım bizim yaddaşlarımızda öz yüksək məsuliyyəti, intizamı, mədəniyyəti, peşəkarlığı ilə qalmışdır. Əzizə xanımı biz həmişə nümunəvi pedaqoq, əsl müəllim adının daşıyıcısı kimi qeyd edirdik. Dəfələrlə açıq dərslərin müəllifi olan Əzizə xanımı AZTV-nin "Təhsil və tərəqqi" verilişi yüksək qiymətləndirmişdir.Əzizə xanım öz halal zəhməti ilə şagirdlərin və valideynlərin səmimi rəğbətlərini qazanmışdır.Bu itki məktəbin pedaqoji heyəti üçün həqiqətən əvəzolunmaz itkidir.ALLAH RƏHMƏT ELƏSİN!QƏBRİ NURLA BOL OLSUN!ALLAH YAXINLARINA SƏBR VERSİN!