IX siniflərin buraxılış imtahanlarının I mərhələsində və BSQ-1, BSQ-2-də zəif nəticə göstərən şagirdləri ilə məktəb rəhbəri növbəti görüşü
Bu gün IX siniflərin buraxılış imtahanlarının I mərhələsində və BSQ-1, BSQ-2-də zəif nəticə göstərən şagirdləri ilə məktəb rəhbəri növbəti dəfə görüşdü.Təəsüf edirik ki, hələ keçən tədris ilindən,yəni bu şagirdlər VIII sinifdə olarkən və bu tədris ilində, oktyabr ayından başlayaraq, demək olar ki, hər ay, valideynlərinə isə il ərzində 4 dəfə görüşərək dəfələrlə xəbərdarlıq etməyimizə baxmayaraq zəif nəticə göstərən şagirdlərdə heç bir dönüş və irəliləyiş olmamışdır.Bu şagirdlərin əksəriyyətinin simasında və baxışlarında açıq-aydın intizamsızlıq, məsuliyyətsizlik, səhlənkarlıq, bəzi hallarda mədəniyyətsizlik və bəzilərində,hətta, acı olsada səsləndiririk, tərbiyəsizlik özünü biruzə verir.Misal, sual verdim: "məktəbdə bu gündə dərslər davam edir və siz daha çox maraqlı olmalısınız ki, buraxılış imtahanının ərəfəsində heç olmasa azda olsa nə isə örgənəsiniz.Lakin hanı sizlərin dərslikləri,dəftərləri ,qələmləri?". Cavab: "yaddımızdan çıxıb evdə qalıb".Sonra da valideyn gəlir zamanımızı, sinir sistemimizi göz yaşı tökə-tökə, bizdən narazı qala-qala aparır ki, "yola ver", "qurban olum kömək et". Amma başa düşmür ki, bu xahişin heç olmasa birini də övladından elə, bizdən yox, özüdə vaxtında!Hesab edirik ki, dövlət budcəsinin bu kimi şagirdlərə hər məktəbdə sərf olunması məqsədəmüvafiq deyil və, heç olmasa hər rayonda 1 məktəb zəif nəticə göstərən şagirdlər üçün müəyyən olunmalıdır və onlar oxumaq,inkişaf etmək arzusunda və niyyətində olan şagirdlərə maneə olmamalıdırlar