IX-cu sinif şagirdlərin valideynləri ilə görüş

IX-cu sinif şagirdlərin valideynləri ilə görüşdə sonda bir valideyn yaxınlaşaraq bildirdi: axı mənim övladım həmişə yaxşı oxuyub, "yaxşı" və "əla" qiymətlər alıb. Sual verirəm: KSQ-lərdən övladınız neçə alıb? Cavab: "4", "5".Növbəti sual verirəm:məktəb rəhbərliyinin keçirdiyi BSQ-1 -dən və riyaziyyat fənnindən monitorinqdən neçə alıb? CAVAB: "2".Növbəti sual verirəm: Dövlət İmtahan Mərkəzinin I-ci mərhələdəki buraxılış imtahanından övladınız neçə alıb? CAVAB: "0".Və sonuncu sual: Sizcə daha obyektiv qiymətləndirməni kim aparıb? CAVAB: Sizin BSQ və DİM-nin imtahanı.Bu dialoqdan sonra bildirdim: "hörmətli valideyn, əgər Sizin övladınıza illər ərzində "4", "5" "yazıblarsa" bu demək deyil ki,övladınız yaxşı oxuyub və həmin qiymətləri öz biliyi ilə alıb.Biz gərək məktəblərdə öyrədək və sonra ədalətli,obyektiv qiymətləndirək: köçürmələrsiz,istisnalarsız, tapşırıqsiz.Biz bax buna görə BSQ-ləri qaydasına salırıq ki, şagirdlər buraxılış imtahanlarına artıq aşaqdan,ibtidaidən hazır gəlsinlər. Növbədə KSQ-lərin keçirilməsində qayda-qanunun yaradılmasıdır. Bax onda övladlarınızın "0" bal nəticə göstərməsi etimalı azalar."
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi