Məktəbimiz TƏLTİF EDİLDİ
Məktəbimiz Qaradağ rayon Gənclər və idman İdarəsi tərəfindən “28 may - Respublika günü”nə həsr olunmuş rayon gəncləri ilə dəyirmi masanın təşkil edilməsi və keçirilməsinə göstərdiyi köməkliyə görə TƏLTİF EDİLDİ!Həmişə məktəbimizdə aparılan islahatlara dəstək verdiklərinə görə Qaradağ rayon İcra hakimiyyətinə, başda Suleyman müəllim Mikayılov olmaqla səmimi təşəkkürlərimizi bildiririk!Qaradağ rayon Gənclər və idman İdarəsinə, İdarə rəisi Elçin müəllim Abbasova məktəbimizlə fəal və işgüzar əməkdaşlığa görə təşəkkür edirik!Tədbirdə maraqlı məruzə ilə çıxış edən məktəbimizin müəllimi Şəhla xanım Məmmədovaya xüsusi təşəkkürlər!