DİQQƏT! Hörmətli valideynlər və müəllimlər!
DİQQƏT!!!!Hörmətli valideynlər və müəllimlər!Məktəb rəhbərliyinə daxil olan məlumata görə bəzi, özləri-özlərinə "səlahiyyət" "bəyan" edən valideynlər, guya əlifba bayramı keçirilməsi səbəbi ilə "irəli" atılır, valideynlər arasında bütün etiki və sivil münasibətlərinə zidd olaraq, təhsil,ziyalılıq,pedaqoji mühitinə yaraşmayan "təbliğat" aparır,bununla da guya müəllimlərinə xoş gəlir, müəllimin rəğbətini qazanmaq istəyir.Məktəb rəhbərliyi adından bildirirəm: Ə.Kazımov adına 228 nömrəli tam orta məktəbdə "Əlifba bayramı" adlı hər hansı tədbirin nəinki akt zalında, hətta siniflərdə keçirilməsi, tədbir adı bəhanəsi ilə siniflərin bəzədilməsi və bütün bu sərfiyyatı səbəbindən hər hansı vəsaitin yığılması QƏTİ QADAĞANDIR!!!!Həmin qondarma "səlahiyyət" sahiblərinə bildiririk, uşaqlar arasına ayrı-seçkilik salmayın,insanların sosial imkanlarının eyni olmamasını nəzərə alın, təhsili bazar, əylənmə,şou məkanına çevirməyin!!!!HƏMİN VALİDEYNLƏR VİCDANLA ÇALIŞAN TƏHSİL İŞÇİLƏRİNƏ FAKTİKİ ARXADAN ZƏRBƏ VURUR!!!!!