7-ci sinfin bir qrup şagirdləri məktəb direktorunun iş otağına gələrək dərslərin keyfiyyəti ilə bağlı bir sıra təkliflərini və xahişlərini irəli sürmüşdürlər

7-ci sinfin bir qrup şagirdləri məktəb direktorunun iş otağına gələrək dərslərin keyfiyyəti ilə bağlı bir sıra təkliflərini və xahişlərini irəli sürmüşdürlər. Söz verdim ki, bütün səslənən təkliflər və xahişlər diqqətlə araşdırılacaq və həll olunacaq.P.S. Həmin uşaqların simaları və baxışları sanki son ümüd yerindən dəstək gözləyirdi. Əziz şagirdlərimizə bildirirəm: valideynləriniz Sizləri bizə etibar edib-bunu həmişə xatırlayıram. Hər bir valideyn harada olmasından asılı olmayaraq ürəyinin bir hissəsini burada qoyur,övladının yanında-bu da təbiidir.Bizim də borcumuzdur ki,valideynin nigarançılığını maksimum dərəcədə minimuma endirək,burada bu uşaqlara qarşı diqqətli olaq.Odur ki,dəyərli müəllimlərimiz, hər bir şagirdə öz övladınıza bəslədiyniz qayğı ilə yanaşın. Qayğınız nə vaxtsa qarşınıza qayıdacaq! 21 illik pedaqoji təcrübəm bunu həmişə təsdiqləyir!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi