Monitorinqlərimizin nəticələri müzakirə olundu
Azərbaycan dili fənnindən IV-cü siniflərdə monitorinqlərimizin nəticələri müzakirə olundu. V-ci və yuxarı təhsil pillələrinə ötürülən şagirdlərin nailiyyətləri,bilik və bacarıqları müəyyən olundu, mövcud problemlərin tezliklə aradan qaldırılması yolları müzakirə olundu.Məqsədimiz: IX-cu sinif pilləsinə qədər şagirdin keyfiyyətli təhsil almasını, "axsıyan" pilləni aşkar edib qabaqlayıcı tədbirlərin görülməsini təmin etmək.Qərara gəldik ki, imlalarla azərbaycan dili dərslərinin monitorinqlərini yekunlaşdıraq, növbəti həftədən riyaziyyat dərslərinin monitorinqlərini keçirək.