Azərbaycan dili və riyaziyyat müəllimləri ilə müşavirəsi keçirildi

7,8,9-cu siniflərin sinif rəhbərləri, Azərbaycan dili və riyaziyyat müəllimləri ilə buraxılış imtahanlarına və yekun Böyük summativ qiymətləndirmələrə dair məktəb rəhbərliyinin müşavirəsi keçirildi.Problemlər işgüzar şəraitdə müzakirə olundu, çıxış yolları təklif olundu.Qeyd edək ki, islahatlar və yenidənqurma mərhələsinin mürəkkəbliyini yaşayan məktəbimiz (sanki təmir olunan mənzildəki narahatçılığı xatırlayan) bu tədris ilində bir əlavə sınağa da çəkildi: KSQ və BSQ-ləri, avadanlıq və İKT təminatını öz daxili imkanlarımızla, valideynlərimizi narahat etməmək şərti ilə, təmin etdik. Şikayətlər və "zərbələr" də öz yerində...həmişə olduğu kimi, qızıla bərabər olan və məktəbə sərf edə biləcəyimiz zamanımızı, sinir sistemimizi, enerjimizi - ağcaqənəq insanın qanını sovuran kimi - sovurdu...Odur ki, bu tədris ilinin tezliklə hadisəsiz, fəsadsız başa çatmasını arzulayıram.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi