Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin 94-cü ildönümüdür
Bu gün Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin 94-cü ildönümüdür. Heydər Əliyev ideyaları ilə yaşayan hər bir kəs bu şəxsiyyətin əvəzolunmaz tarixi fenomen olması ilə razılaşar.Amma maraqlı bir məqam həmişə diqqətimi cəlb edir: Heydər Əliyevin genişmiqyaslı imkanlarına baxmayaraq həyat yoldaşı, qardaşları,bacıları,yaxın qohumları-hamısı elmə üstünlük verib elmi işlə məşğul olublar, yüksək rütbəli vəzifə sahibləri deyil, ziyalı mühitində elmi adlar-professor,akademik adlarının daşıyıcıları olublar.Heydər Əliyev SSRİ dövlətində, Moskvada yüksək zirvələrdə-Siyasi Büronun üzvü, Baş Nazirinin 1-ci müavini olarkən oğlu İlham Əliyev Moskva beynəlxalq münasibətlər institutunda baş müəllim vəzifəsində,yəni ziyalı mühitində çalışıb.Heydər Əliyev 1969-cu ildə Azərbaycanın 1-ci Katibi seçilərkən Azərbaycan SSRİ-nin geridə qalmış, aqrar, yəni kənd təsərrüfat təyinatlı respublikası olub. Lakin Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda iqtisadiyyatın lokomotivi sayılan sənaye,istehsal sahələri sürətlə inkişaf etdirildi: Bakı,Gəncə, Mingəçevir, Sumqayıt sənaye şəhərlərinə çevrildi. Bakıda SSRİ məkanında yeganə olan Yaponiyanın "Toşiba" şirkətinin iştirakı ilə kondisionerlər zavodu, radiozavod, gəmiqayırma və digər zavod və fabriklər inşa olundu.Azərbaycanda yüngül sənaye də inkişaf etdirildi: tikiş fabrikləri inşa edildi.Heydər Əliyev şəxsiyyəti haqqında saatlarla danışmaq olar. Lakin bir məsələdə özümü xöşbəxt hiss edirəm: 1990-cı ilin yanvar ayında bu şəxsiyyətlə Moskvada Azərbaycanın nümayəndiliyində əl-ələ görüşmək və qısamüddətli olsada söhbət etmək mənə nəsib olub, habelə məhs bu şəxsiyyətin xeyir-duası ilə Azərbaycandan kənar -Rusiyada ali təhsil alıb,peşəkar mütəxəssis kimi yetişib ölkəmizə dönmüşəm.Bu tarixi şəxsiyyətə ürəklərimizdən gələn hörmət və ehtiramımızı məktəbimizdəki bu gün təşkil olunan tədbirnən bildirdik.