Açıq dərsləri müəllimlərlə birlikdə müzakirə
Təlimə dəstək Mərkəzinin direktoru Samirə xanım Bektaşinin rəhbərlik etdiyi 36 nəfərdən ibarət mütəxəssis qrupu “Ən yaxşı dərs” layihəsi çərçivəsində bu gün məktəbimizdə dinlənilən "Açıq dərsləri" müəllimlərlə birlikdə müzakirə etdilər.Müzakirə çox səmimi və işgüzar şəraitdə keçdi. Sevindirici haldır ki, Samirə xanım xüsusilə vurğuladı ki, dərs dinləmələri müəllimin nöqsanlarını aşkar etmək məqsədi deyil, təcrübə mübadiləsi məqsədi daşıyır.Samirə xanım və mütəxəssislər qrupu dəyərli tövsiyyələrini və məsləhətlərini müəllimlərimizə çatdırdılar.Məktəbimizdə olan mütəxəssis qrupunun bütün üzvlərinə başda Samirə xanım olmaqla kollektivimiz adından səmimi təşəkkürlərimizi bildirirk, yeni yaranmış Mərkəzin fəaliyyətinə daima uğurlar və keyfiyyətli təhsil naminə yalnız yüksək nəticəli layihələr arzulayırıq.