6c sinfində açıq dərsdən sonra şagirdlərlə səmimi söhbət etdik

6c sinfində açıq dərsdən sonra şagirdlərlə səmimi söhbət etdik,onlardan narahat edən məktəbin problemlərindən,dərslərin keyfiyyətindən soruşduq.Söhbətimiz o qədər səmimi alındı ki, şagirdlərimizin hər bir sahədən o qədər sualları, fikir və təklifləri oldu ki, müəllimlər narahat oldu- "direktoru incitməyin, sinif rəhbərinizə deyərsiz" deyə uşaqlarla söhbəti yekunlaşdırmaq istədilər.Lakin qərara gəldik ki, hamını dinləyək və sonuncu şagirdə qədər dinlədik.Özüm üçün okeanlar qədər,bəlkə də çox- hələ də problemlərin davam etməsini aşkar etdim: yuxarı sinif şagirdlərinin aşağı sinif şagirdlərə qarşı qeyrietik,köbud münasibətlərdən tutmuş, "texnologiya","fiziki tərbiyə", "musiqi", "rəsm" kimi fənnlərinin tədrisində hələ də "II-ci dərəcəli" yanaşmaya qədər.Söz veririk ki, əziz şagirdlərimizin, bu gözəl, səmimi,dürüst balaların bütün müraciətləri ciddi araşdırılacaq.Əlimizdən gələni edəcəyik ki, dövlətimizin məktəbindən hörmətli valideynlər razı qalsınlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi