Polis İdarəsinin əməkdaşları məktəbimizdə olmuşdur
Qeyd etdiyimiz kimi, Qaradağ rayon polis İdarəsinin əməkdaşları məktəbimizdə olmuş,tədris,təlim-tərbiyə prosesi ilə maraqlanmış,şagirdlərimizin intizam qaydalarına riayət etmələri,zərərli vərdişlərdən uzaq olmaları barədə maraqlanmışlar.Sevindirici haldır ki, polislərimiz hər bir şagirdin xöşbəxt gələcəyinə inzibatı orqanın nümayəndələri kimi deyil, valideyn qayğısı ilə yanaşmışlar.Onlar hər dəfə bu kimi ifadələrə üstünlük verirdirlər: " Biz sizə qardaş kimi,dayı kimi, əmi kimi müraciət edirik". və s. Şagirdlərimizlə polislər arasında çox səmimi münasibət yarandı. Bu, bizi çox sevindirdi.