Hüquq-mühafizə əməkdaşlarınan görüş
Qaradağ rayon polis idarəsinin polkovnik-leytenantı Yaşar İsayev, Narkotiklə mübarizə bölməsinin rəisi,polis mayoru Bəxtiyar Bayramov, yeniyetmələrlə iş üzrə şöbənin rəisi, polis polkovnik-leytenantı Pərviz Mustafayev, həmin şöbənin baş inspektoru Ceyran Ömərova və Bakı şəhəri Narkoloji Dispanserin həkimi Vəfa Əliyeva məktəbimizdə olmuş və "Narkotik maddələrin qəbuluna və zərərli vərdişlərə qarşı mübarizəyə dair" birgə tədbir keçirmişlər.Tədbir şagird və müəllimlərimizin böyük marağına səbəb olmuşdur, qonaqlara çoxsaylı suallar verilmiş və hər bir sual cavablandırılmışdır.Qonaqlarımız məktəbdə aparılan yenidənqurma işlərini yüksək qiymətləndirmiş,məktəbimizi Qaradağ rayonunun ən nümunəvi məktəbi kimi dəyərləndirmiş və tədbirdə iştirak edən bütün şagirdlərin,müəllimlərin intizamını,dinləmə mədəniyyətini xüsusilə vurğulamışlar.Qaradağ rayon Polis idarəsinin bütün heyətinə əməkdaşlığa görə və müraciətlərimizə hər zaman diqqətlə yanaşdıqlarına görə təşəkkür edirik.Ölkəmizdə mövcud olan sabitlik,qanunçuluq,sutkanın istənilən zamanında təhlükəsizlik - bütün bunlar hüquq-mühafizə orqanları əməkdaşlarının gecə-gündüz gərgin əməyi nəticəsində təmin oluna bilir.Təşəkkürlər!