2014-2015 tədris ilinin sonuncu- yekun "Açıq Qapı" günü
Bu gün Ə.Kazımov adına 228 nömrəli tam orta məktəbin sonuncu, yekun "Açıq Qapı" günü keçirildi. AR Təhsil Nazirinin müavini, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramov, Qaradağ rayonu İcra Başçısının müavini Təranə xanım İsmayılova, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Qaradağ rayon icra hakimiyyətinin baş məsləhətçisi Yusif Nəsibov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Arzu Tairquliyeva, Bakı şəhəri üzrə Təhsil İdarəsinin Təminat və təchizat sektorunun müdiri Şahin İsgəndərov, məktəbin direktoru, hüquq üzrə fəlsəfə doktoru Azər Ələkbərov valideynlərlə görüşdülər, məktəbdə gedən islahatlar barədə əsas "istehlakçılar" olan-valideynlərdən məlumat əldə etdilər.