AR Təhsil Nazirinin müavini Ə.Kazımov adına 228 nömrəli tam orta məktəbdə yenidənqurma işləri ilə tanış olmuşdur
AR Təhsil Nazirinin müavini, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramov, Qaradağ rayonu İcra Başçısının müavini Təranə xanım İsmayılova, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Qaradağ rayon icra hakimiyyətinin baş məsləhətçisi Yusif Nəsibov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Arzu Tairquliyeva, Bakı şəhəri üzrə Təhsil İdarəsinin Təminat və təchizat sektorunun müdiri Şahin İsgəndərov Ə.Kazımov adına 228 nömrəli tam orta məktəbdə gedən yenidənqurma işlərilə və islahatlarla tanış olmuşdurlar, sonda məktəbimizin inkişafından, reytinqinin artımından məmnun qaldıqlarını bildirmişdirlər.