Son Zəng tədbiri keçirildi

Ə.Kazımov adına 228 nömrəli tam orta məktəbdə Son Zəng tədbiri keçirildi. Tədbirdə AR Təhsil Nazirinin müavini, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramov, Qaradağ rayonu İcra Başçısının müavini Təranə xanım İsmayılova, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Qaradağ rayon icra hakimiyyətinin baş məsləhətçisi Yusif Nəsibov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Arzu Tairquliyeva, Bakı şəhəri üzrə Təhsil İdarəsinin Təminat və təchizat sektorunun müdiri Şahin İsgəndərov, digər qonaqlar və media nümayəndələri iştirak etmişdirlər. Tədbir iştirakçıları valideynləri və məzunları təbrik etdilər, onlara imtahanlarda yüksək nəticə əldə etmələrini və ali təhsil müəssisələrinə daxil olmalarını arzuladılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi