Məktəbimizin ilk həmkarlar təşkilatının növbəti iclası keçirildi
Məktəbimizin ilk həmkarlar təşkilatının növbəti iclası keçirildi. Sevindirici haldır ki,islahat olunan məktəbin həmkarlar təşkilatının yeni, son 2 ilki tərkibi başda sədr, ağbirçək müəllimimiz Şəfiqə xanım Bağırova olmaqla olduqca fəal sürətdə işlərimizə dəstək verir, kollektivi narahat edən problemləri məktəbdaxilində həll edir.Bugünkü iclasda məktəbin maddi-texniki təminatında, avadanlıqların qorunmasında, israfçılığın qarşısının alınmasında, kiçik summativ və qarşıdan gələn böyük summativ qiymətləndirmələrə müvafiq ləvazimatların (kağız,kartrijlər,test bankı və s.) əldə olunmasında problemlər və digər kollektivi narahat edən məsələlər müzakirə olundu.Həmişə təhsilə xüsusi qayğı ilə yanaşan Doğma Dövlətimizin bu ilki büdcəsində üzləşdiyi maliyyə sıxıntıları bizi qənaətedici rejimə keçməyə şərait yaradır. İclasda qərara gəldik ki,dövlətimizin ağır ilində ona öz qənaətimizlə,avadanlıqların qorunması ilə, hər bir kiçik problemlə budcə vəsaitini tələb etməməklə dəstək olaq, çalışaq problemlərimizi daxili imkanlarla həl edək. Olduqca yaxşı haldır ki, iclasımız çox fəal və səmimi keçdi,istəlinən əməkdaşımız sərbəst öz fikirlərini bildirdi,nəticədə vahid qərara gəldik.Hesab edirik ki,məktəbimizin həmkarlar təşkilatı məhs belə olmalıdır! Təşəkkür edirik bütün həmkarlarımıza,başda Şəfiqə xanım olmaqla!