Məktəbimizin fizika müəllimi Həcər xanım Bayramovanın Açıq dərsi

Məktəbimizin fizika müəllimi Həcər xanım Bayramovanın şagirdlər arasında təşkil etdiyi qeyriənənəvi Açıq dərs -intellektual viktorina şagirdlərin böyük marağına səbəb oldu.Pedaqoji Şurada müəllimlərimiz qarşısında müəyyən etdiyimiz hədəf,yəni ənənəvi,köhnəlmiş,şablon dərs metodlarından tədricən uzaqlaşmaq, yeni, innovativ, müasir metodlara,ələxsus, oyun,viktorina,debat,diskussiya,prezentasiya(təqdimatlar) və s. tipli metodlara üstünlük vermək və nəticədə şagirdlərimizin tədrisə marağını tələb olunan səviyyədə saxlamaq- bu gün yüksək səviyyədə reallaşdı.Bunun üçün öz işinə həmişə məsuliyyətlə yanaşan, müəllim peşəsini həmişə şərəflə daşıyan Həcər xanıma xüsusi təşəkkür edirik.Qeyriənənəvi dərsi dinləyən və münsiflər rolunda çıxış edən məktəbin Həmkarlar təşkilatının sədri,Metodbirləşmə rəhbəri Şəfiqə xanım Bağırovaya, Pedaqoji Şuramızın katibi,Metodbirləşmə rəhbəri Nəzakət xanım Ağayevaya, fizika müəllimimiz, dəfələrlə qeyriənənəvi dərslərin müəllifi olan Gülxar xanım Xəlilovaya, Psixoloqumuz Mehriban xanım Quliyevaya, Uşaq Birliyi rəhbəri Xalidə xanım İbrahimovaya təşəkkürlər!!!!Arzu edirik ki, bu kimi dərslərin sayı məktəbimizdə olduqca çox olsun!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi