Bayram tətilindən sonrakı I günümüz olduqca gərgin keçdi

Bayram tətilindən sonrakı I günümüz olduqca gərgin keçdi. Bir tərəfdən tədris prosesini,davamiyyəti təmin etmək, digər tərəfdən 1-ci siniflərə qəbul prosesi...Qeyd edək ki, 1-ci siniflərə elektron şagird qəbul sistemi Sahil və Ümid qəsəbəsi üzrə yalnız bizim məktəbə həvalə olunub. Odur ki, çoxsaylı qəsəbə valideynlərinin məktəbimizə üz tutması qısamüddətli ajiotaj yaratdı, lakin məktəb rəhbərliyinin dərhal müdaxiləsi bütün prosesi nizama saldı.HÖRMƏTLİ VALİDEYNLƏRDƏN XAHİŞ EDİRİK: 1-ci siniflərə elektron qeydiyyatını ştatımızda olan yalnız üç laborantımız həyata keçirir, odur ki, valideynlər inzibati binaya növbəli əsaslarla buraxıla biləcək ki, qeydiyyat mütəşəkkil keçsin.Arzu olunur ki, ilk növbədə məktəbə yalnız elektron resurslardan istifadə etmək imkanı və ya səriştəsi olmayan valideynlər yaxınlaşsın. Digərləri https://mektebeqebul.edu.az/az/ saytına daxil olub özləri qeydiyyatdan keçə bilərlər.Təşəkkür edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi