Ali Məhkəməyə şagirdlərin ekskursiyası
İlk dəfə nəinki məktəblərin tarixində, Azərbaycan Respublikası Ali Məhkəməsinin yeni inşa olunmuş binasında ilk dəfə məktəb şagirdləri ekskursiyada oldu: sevindirici haldır ki, bu Ə.Kazımov adına 228 nömrəli tam orta məktəbin şagirdlərinə nəsib oldu. Məktəbimizin müraciətini diqqətlə dəyərləndirdiyinə, ekskursiya üçün şərait yaratdığına görə Ali Məhkəmənin Sədri, general-mayor cənab Ramiz Rzayeva dərin təşəkkürümüzü bildiririk. Ekskursiyada məktəblilərlə olan, onlara biri-birindən maraqlı məlumatlar verən, binanın biri-birindən möhtəşəm memarlıq şedevrlarını göstərən, məktəbliləri müşaiyyət edən Şahin müəllim Qəhrəmanova və Ali Məhkəmənin digər məsul şəxslərinə təşəkkür edirik. Şagirdlər həyatlarında ilk və bəlkə də yeganə dəfə Azərbaycanın Ali dövlət orqanını gördüklərindən çox məmnun qaldılar.Onlardan biri hətda hakim olmaq arzusuna düşdü.