Hörmətli valideynlər

Hörmətli valideynlər!V və VI sinif şagirdləri DİQQƏT!!!Уважаемые родители и учащиеся V и VI классов!!!Bildiyiniz kimi ötən tədris ilində Bakı Şəhəri üzrə ümumtəhsil müəssisələrinin V və VI sinif şagirdlərinin iştirakı ilə “Lütfi Zadə adına Məktəblilərarası I Məntiq Olimpiadası” təşkil olunmuşdur. Tədris ilinin sonunda təntənəli bağlanış tədbiri keçirilmiş və qalib hesab edilən şagirdlər müxtəlif hədiyyə və medallar ilə mükafatlandırılmışlar. Ötən tədris ilindəki uğurlu nəticəni nəzərə alaraq BŞTİ və İstək liseyinin birgə təşkilatçılığı ilə “Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadası” keçiriləcək. Olimpiada Bakı şəhəri üzrə ümumtəhsil müəssisələrinin V - VI sinif şagirdləri arasında 01.04.2017 (birinci mərhələ) və 06.05.2017 (final mərhələ) tarixlərdə təşkil olunması nəzərdə tutulmuşdur. Birinci mərhələ (seçim turu) qeyd olunan tarixdə məktəblərin özləri tərəfindən təşkil olunacaqdır (suallar bir gün əvvəl məktəblərə göndəriləcəkdir). Final mərhələ isə ilk turdan uğurla keçən şagirdlər üçün mərkəzləşmiş qaydada təşkil olunacaqdır.“Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadası”nın təşkil olunması ilə bağlı BŞTİ daxili əmr imzalanmış, olimpiadanın təşkili qaydaları ilə bərabər ümumi sektor tərəfindən bütün məktəblərə göndərilmişdir.Qeyd edək ki, olimpiadada iştirak etmək üçün şagirdlər 25.03.2017-ci il tarixinədək www.mentiq.istek.edu.az elektron saytında (qeydiyyat bölməsindən) onlayn qeydiyyatdan keçirilməlidir. Olimpiadada ancaq qeydiyyatdan keçirilmiş şagirdlər iştirak edə biləcəklər. Olimpiadada məktəblərin V - VI siniflərinin hər iki (Azərbaycan və Rus) bölməsinin şagirdləri iştirak edə bilər. İştirakçıların yaş həddi 11 - 12 yaş qrupuna aid olmalıdır (01 aprel 2017-ci il tarixinə qədər 10 yaşı tamam olmamış, habelə 13 yaşından böyük şagirdlər müsabiqəyə buraxılmır).
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi