X-XI siniflərində təşkil olunan peşə təmayüllü siniflərində inspeksiya
Elm və təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2024-cü il üçün Fəaliyyət Planı”nda yer alan “2.1.5. Ümumi təhsil təmayüllərin peşə təmayüllü siniflərin inklüziv təhsilin əhatə dairəsinin genişləndirilməsi, infrastrukturun müasirləşdirilməsi” yarımbəndinin icrasını təmin etmək məqsədilə ümumi təhsil məktəblərinin X-XI siniflərində təşkil olunan peşə təmayüllü siniflərin təşkili, tədris prosesinin keyfiyyəti və şagirdlərin öyrənmə prosesinə nəzarət olunması məqsədilə cari tədris ilində Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən monitorinq həyata keçirilir.