9-cu siniflərin valideynləri ilə məktəb rəhbərinin növbəti 4-cü görüşü

9-cu siniflərin valideynləri ilə məktəb rəhbərinin növbəti 4-cü görüşü.Qarşıdan gələn (05.03.2017 tarixdə) buraxılış imtahanlarının I-ci mərhələsi barədə və imtahan qaydaları haqqında valideynlərə məlumat verildi, buraxılış vərəqələri və arayışlar valideynlərə təqdim olundu.Təəsüf edirik ki, bilik səviyyələri və dərslərə münasibətləri qeyriqənaərbəxş olan əksər şagirdlərin valideynləri növbəti dəfə lageydlik (məsuliyyətsizlik anlamına hələki gəlmirik) nümayış etdirərək görüşlərimizə qatılmırlar və övladlarının təhsil nəticələrini təhlükə altına qoyurlar.Həmin valideynlərə xatırladırıq ki, Azərbaycan Respublikası Konstitusiyasının (Əsas Qanununun) 17-ci maddəsinə əsasən: "Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir."Heç bir sosial durum və ya iş rejiminiz ayda 1 dəfə övladlarınızla maraqlanmamağa əsas ola bilməz!Xahiş edirik müraciətlərimizi diqqətsiz qoymayın!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi