“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda növbəti referat yazı müsabiqəsi

    2024-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 101-ci il dönümüdür.

Bu məqsədlə Bakı Şəhər İcra Hakimiyyəti nin təşkilatçılığı ilə paytaxt rayonlarının orta məktəb şagirdləri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda növbəti referat yazı müsabiqəsinin rayon (şəhər) mərhələsi (Qaradağ rayonu üzrə) 2024-cü il 29 mart tarixində Bakı şəhəri Ə.Kazımov adına 228 nömrəli tam orta məktəbdə keçirilmişdir.

Müsabiqənin keçirilməsində əsas məqsəd xalqımızın Ümumilli Lideri, böyük tarixi şəxsiyyət Heydər Əliyevin tariximizdə, həmçinin müasir Azərbaycanın formalaşmasındakı fəaliyyətinin şagirdlər tərəfindən daha dərindən öyrənilməsinə töhfə verməkdir. Eyni zamanda onlara 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində qazanılmış Şanlı Zəfərin təbliği, eləcə də, böyüməkdə olan gənc nəsilə doğma vətənə sevgi və məhəbbət hislərinin aşılanması, onlar arasında vətənpərvərlik ruhunun təbliğidir. Şübhəsiz ki, cəmiyyəti inkişaf etdirən, irəli aparan vətəndaşlar-müstəqil vətənimizin gələcək keşikçiləri məktəblərimizdə tərbiyə alır və formalaşırlar.

Milli-mənəvi dəyərlərimizin öyrənilməsində, qorunub saxlanılmasında və inkişaf etdirilməsində ümumtəhsil məktəblərində şagirdlərə aşılanan vətənpərvərlik tərbiyəsi mühüm rol oynayır. Buna görə də müsabiqənin məhz orta məktəb şagirdləri arasında keçirilməsinin xüsusi əhəmiyyət daşıyır.

Tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) İctimai-siyasi və dini qurumlarla iş şöbəsinin əməkdaşı, politoloq Mirtural Mirsultanov, Qaradağ Rayon İcra Hakimiyyətinin humanitar şöbə müdiri Munis Bayramov, Bakı şəhəri Ə.Kazımov adına 228 nömrəli məktəbin direktoru Səkinə Rzayeva, müsabiqə iştirakçısı olan Qaradağ rayon məktəbliləri və onların elmi rəhbərləri iştirak ediblər. Müsabiqədə 32 nəfər şagirdin referatı dinlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi