Məktəbimizin direktor müavini-təşkilatçısı Cəmilə xanım Nüqrəzadənin 60 illiyini qeyd etdik

Məktəbimizin direktor müavini-təşkilatçısı Cəmilə xanım Nüqrəzadənin 60 illiyini qeyd etdik.Xatırlayıram, məktəbə təzə təyin olunmuşdum, tam fərqli məktəb modeli və strategiyası planda olduğundan yeni komanda formalaşdırmalıydıq. Qısa müddət ərzində 180 dərəcə məktəbin "kursu" dəyişdirilməliidi. Bu baxımdan ilk islahat ilində çevik,işini bilən,məktəbə tam bağlı olan,məktəbi SEVƏN, ən əsası sürəti olan (ləng olmayan) enerjili,güclü təşkilatçıya ehtiyac oldu. Kadr seçiminə 1-2 gün vaxtımız var idi,hər itirilən dəqiqə məktəbi geriyə aparırdı.Səhər saat təxminən 7.15-7.30 arası idi, foyedə Cəmilə xanıma yaxınlaşdım və müavin olmağını təklif etdim. Cəmilə xanım düşünmədən söylədi: Azər müəllim Sizinlə işləməyə hazıram. Sonra dedim: Cəmilə xanım işimiz tam fərqli olacaq,olduqca çox olacaq, təsəffür etmədiyiniz qədər işimiz,əziyyətimiz çox olacaq, səhər 7.00dan axşam 20.00-21.00 qədər işləməli olacayıq, 1 ilə məktəb müsbətə doğru dəyişilməlidir: başa düşürsüz nə etməliyik? Özüdə maaşınıza işin artması təsir etməyəcək. Cəmilə xanım bildirdi: Azər müəllim mən işdən qorxmuram,əksinə işləmək üçün çoxdan darıxmışam, məktəbi düzəltmək lazımdır, bura bizim doğma məktəbimizdir. Və başladıq...Məktəbin qısa müddət ərzində əldə etdiyi nailiyyətlərdə, ilk islahat ilinin məktəbi tanıtdırmaq məqsədi ilə təşkil etdiyi tədbirlərdə (həmin illərin 2014,2015 fotogörüntüləri səhifəmizdə var) Cəmilə xanımın böyük və danılmaz rolu var.Cəmilə xanımı səmimi qəlbdən təbrik edirik, həmişə olduğu kimi enerjili,çevik, fəal, sürətli qalmasını, ailə səadəti, firavan həyat tərzi, çox sevdiyi şirin nəvələrinin xeyir işlərini görmək və iştirakşısı olmağını arzulayırıq!Ürəyində digər hansı arzular varsa -hamısını arzulayırıq Cəmilə xanıma!Təbrik edirik Cəmilə xanım!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi