Peşəyönümü xidmətinin təşkili

    Məktəbimizdə peşəyönümü işi üzrə davamlı tədbirlər həyata keçirilir. Növbəti görüş VIII sinif şagirdləri ilə keçirilib. Peşəyönümü xidmətinin təşkilində əsas məqsəd ibtidai təhsil səviyyəsindən başlayaraq tam orta təhsil səviyyəsinin sonuna qədər şagirdin bütün aspektlərdə özünü tanımasıdır.

 

Peşəyönümü xidmətinin məqsədləri:

 

1. Şagirdlərin peşə və ixtisaslar üzrə tələb olunan bilik, bacarıq və səriştələr barədə məlumatlandırılması;

2. Təhsilalanlarda ixtisas və peşə seçimi prosesində bilik, bacarıq və səriştələrdən istifadəetmə qabiliyyətinin formalaşdırılması;

3. Maraqlarına, bacarıqlarına, qabiliyyətlərinə və şəxsi keyfiyyətlərinə uyğun olaraq, təhsilalanların müvafiq ixtisas və peşə seçiminə yönəldilməsi və onlara peşə məsləhətlərinin verilməsi;

4. İnsan kapitalının inkişaf etdirilməsi üçün təhsil və əmək bazarı arasında əlaqənin və təhsildən əmək bazarına keçidin təmin olunmasına dair məlumatlandırmanın həyata keçirilməsi;

5. Əmək fəaliyyətinin başlanılması üçün tələb olunan minimal bacarıqların formalaşdırılmasına köməkliyin göstərilməsi;

5. Təhsilalanların karyera planlaşdırılması və ömürboyu təhsil imkanları barədə məlumatlandırılması;

6. Təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması və onların gələcəkdə öz iş yerlərini yaratmalarına həvəsləndirilməsi;

7. Karyera planlaşdırılmasında sərbəst seçim imkanı verilməklə təhsilalanlarda peşə təhsili ilə bağlı ilkin bilik və bacarıqların ümumi təhsil pilləsində formalaşdırılması.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi