Beynəlxalq Ana dili Günü
21 Fevral-Beynəlxalq Ana Dili Günü ilə əlaqədar Ə.Kazımov adına 228 nömrəli tam orta məktəbdə bir sıra tədbirlər keçirilib.
Tədbirlərin keçirilməsində əsas məqsəd Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, rəngarəngliyi barədə şagirdlərə məlumat verməkdir.
Şagirdlər ana dilimizə həsr edilən şeirlər, kəlamlar, mahnılar söyləyib, doğma dilimizə sevgi hisslərinin əks olunduğu ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.