Təhsil müəssisələrində Beynəlxalq Kitab Bağışlama Günü
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində 14 Fevral- Beynəlxalq Kitab Bağışlama Günü qeyd edilib.
Təhsil müəssisələrində uşaqlarda kitaba məhəbbəti yaradan Beynəlxalq Kitab Bağışlama Gününə həsr olunmuş mühazirə, seminar və “Dəyirmi masa”lar keçirilib, kitab bağışlama aksiyaları təşkil olunub.
Tədbirlərin keçirilməsinin əsas məqsədi şagirdlərin mütaliəyə, təhsilə, elmi biliklərə, kitaba marağının artırılması, onların mənəvi aləminin zənginləşməsi, dünyagörüşünün və maraq dairəsinin genişləndirilməsindən ibarətdir.
Tədbirlərdə şagirdlərə Beynəlxalq Kitab Bağışlama Günü barədə ətraflı məlumat verilib. Şagirdlərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində, dünyagörüşünün formalaşmasında mütaliənin mühüm rol oynadığı diqqətə çatdırılıb.
Tədbirlərdə şagirdlər və müəllimlər biri-birinə kitab hədiyyə ediblər.