Müəllimlərlə psixoloji maarifləndirmə işinin gücləndirilməsi
05.02.2024-cü il tarixində məktəb psixoloqları tərəfindən məktəb müəllimləri ilə şagirdlərin təhlükəsizliyini təmin etmək istiqamətində psixoloji maarifləndirmə işi aparılmış,sağlam mənəvi psixoloji mühitin yaradılması müzakirə olunmuşdur. Söhbət zamanı psixoloq Mehriban Quliyeva müəllimlərin etik davranış qaydalarına əməl olunması vəziyyəti haqqında məlumat verərək qeyd etdi ki, məktəbdə sağlam mənəvi psixoloji mühitin formalaşmasına diqqət daha da artırılmalı,məktəb psixoloqları, sinif rəhbəri və müəllimlərin bu istiqamətdə işi gücləndirilməlidir.