Pedaqoji Şuranın iclası

31 yanvar 2024-cü il tarixdə Bakı şəhəri Ə.Kazımov adına 228 saylı tam orta məktəbdə növbəti pedaqoji şura iclası keçirildi.

Pedaqoji şurada gündəliyə daxil edilmiş aşağıda qeyd olunan məsələlər müzakirə edildi:

1. Təhsilalanlar arasında risk qrupuna daxil olanların müəyyənləşdirilməsi, məktəb

psixoloqunun onlarla apardığı işin gücləndirilməsi.

2. Ümumi təhsil müəssisələrində təhlükəsizliyi təmin etmək üçün nəzarətin, mühafizə işinin (kənar şəxslərin ümumi təhsil müəssisəsinə buraxılmaması), növbətçiliyin gücləndirilməsi.

3. Şagirdlərin qadağan olunmuş əşyaları məktəbə gətirməmələri ilə bağlı nəzarətin gücləndirilməsi.

4 Müəllimlər və şagirdlərlə psixoloji maaarifləndirmə işinin gücləndirilməsi.

5. Ümumi təhsil müəssisələrində valideynlərlə işin artırılması.

6. Sinif rəhbərlərinin vəzifə öhdəlikləri ilə bağlı işinə nəzarətin artırılması.

7. Ciddi təhlükə doğuracaq hər hansı hal müşahidə olunduğu təqdirdə, təlimata uyğun addımların atılması və dərhal aidiyyəti qurumlara məlumatın verilməsi.

8. Görülmüş işlər və nailiyyətlərin mütəmadi olaraq ictimaiyyətin diqqətinə çatdırılması və

sosial şəbəkələrdə işıqlandırılması.

9. Müvafiq dövlət qurumları ilə birlikdə təhlükə doğuracaq halların qarşısının əvvəlcədən alınması ilə bağlı şagird və valideynlərin maarifləndirilməsi işinin təşkili.

10. Fövqəladə hallarla bağlı təhlükəsizlik qaydalarına riayət edilməsinə dair tədbirlərin keçirilməsi.

11. Etik davranış qaydalarına görə müəllimlər arasında rəğbətləndirmə tədbirlərinin tətbiq olunması.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi