Ümumxalq Hüzn Günü
228 nömrəli tam orta məktəbdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Səadət Cavadovanın rəhbərliyi və şagirdlərin iştirakı ilə 20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir keçirilib.
Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbir tarixə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə geniş söhbət açılıb. Azərbaycan xalqının iradəsinin sarsılmazlığından bəhs edilib.Şagirdlər 20 Yanvara həsr edilmiş şeirlər söyləyib.