Zooloji Parka ekskursiya
Məktəbin 2B sinif rəhbəri Xumar Feyzullayevanın təşkilatçılığı ilə şagirdlər Bakı Zooloji Parkına ekskursiya ediblər.
Ekskursiyanın təşkilində əsas məqsəd şagirdləri canlılar aləmi ilə yaxından tanış etmək, onların tədris olunan mövzuları praktik öyrənməsini təmin etmək, dərsə marağını və Azərbaycanın flora və faunası barədə məlumatlılıq səviyyəsini artırmaqdan ibarətdir.
Ekskursiyadan sonra şagirdlər Zooloji Park və oradakı heyvanlar barədə fikir və təəssüratlarını əks etdirən esse yazıblar. Həmçinin şagirdlər adları "Qırmızı kitab"a daxil edilən heyvanlar haqqında topladıqları məlumatlar əsasında kitab-kolleksiya hazırlayıblar.