"Narkomaniya bəşəriyyətin bəlasıdır!" mövzusunda görüş
Məktəbin VIII-IX-X-XI sinif şagirdləri ilə "Narkomaniya bəşəriyyətin bəlasıdır" mövzusunda görüş keçirilib.
Görüşdə Qaradağ Rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki Yaşar İsayev, Qaradağ rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili bölməsinin rəisi, polis baş leytenantı Cavid Amanov, bölmənin inspektoru, polis kapitanı Emin Abbasov, Azərbaycan Təhsil İşçilərinin Qaradağ rayon Azad Həmkarlar İttifaqının sədri Zümrüd Rzayeva və məktəb rəhbərliyi iştirak ediblər.
Çıxış edənlər bəşəriyyətin bəlası hesab edilən narkomaniyanın yol açdığı faciələr, "Ağ ölüm"ün məhv etdiyi insan taleləri barədə danışıblar. Yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaq olması, dost seçimlərinə diqqət etmələri, onların asudə vaxtının düzgün təşkilində ailə və məktəbin üzərinə düşən vəzifələrdən bəhs edilib.
Sonda məktəbliləri düşündürən suallara aydınlıq gətirilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.