Məktəbimizin keçən ilin məzunları məktəbimizə gələrək direktorla görüşmüşdür
Məktəbimizin keçən ilin məzunları məktəbimizə gələrək direktorla görüşmüş, məktəbimizdə aparılan islahatları və yenidənqurma işlərini yüksək qiymətləndirərək məktəbləri ilə fəxr etdiklərini bildirmişdirlər.Xatırladak ki, Azərbaycanın müxtəlif ali və orta ixtisas təhsil müəssisələrinə son tədris ilində məktəbimizin tarixində rekord qəbul faizi (76%) qeydə alınıb.Məktəb rəhbərliyi hər bir məzunumuza uğurlu təhsil almalarını və tezliklə ixtisaslı mütəxəssis kimi diplomlara yiyələnib Azərbaycan iqtisadiyyatına fayda vermələrini arzuladı.