I sinif şagirdlərinin adaptasiyanın korreksiya proqramı
Məktəb psixoloqları Quliyeva Mehriban və Avdıyeva Gülşən tərəfindən I sinif şagirdləri ilə məktəbə adaptasiyası prosesinin daha tez və effektli formada təşkil edilməsi məqsədi ilə korreksiya işi aparıldı.
Korreksiya proqramına daxildir:
Salamlaşma ritualı vasitəsilə şagirdlər bir-birilərinə xoş əhval-ruhiyyə ötürürlər.
Top oyunu vasitəsilə şagirdlər topun köməyilə bir -birilərilə tanış olurlar.
Ünsiyyət gülü çalışması ilə şagirdlər dostlaşmağı,nəzakətli olmağı,bir -birinə hörmət etməyi öyrənirlər.
Meşə məktəbi nağılı vasitəsilə şagirdlərə məktəbin necə də əvəzsiz bir yer olduğu nağıl personajları vasitəsilə çatdırılır.
Xeyirxah heyvan metodikası ilə şagirdlərlə sağollaşma ritualı həyata keçirilir.