Zərərli vərdişlərə yox deyək
Məktəb psixoloqları Mehriban Quliyeva və Gülşən Avdıyeva tərəfindən 8 B sinfi ilə "Zərərli vərdişlərə yox deyək" adlı maarifləndirici söhbət keçirildi.
Sağlamlıq insanın fiziki, psixoloji və sosial həyatda normal fəaliyyətini təmin edən vəziyyətdir. Sağlamlıq fiziki, psixoloji və ruhi vəziyyətin harmonik birləşməsidir. Sağlam həyat tərzi yaşamaq istəyən hər bir insan bir çox qaydalara əməl etməlidir. Bu qaydalar düzgün qidalanma, orqanizmi daim möhkəmləndirmə, gigiyena qaydalarına riayət etmək, əmək və istirahəti düzgün tənzimləmək, zərərli vərdişlərdən çəkinməkdən ibarətdir. Sağlam insan ətraf mühitin reaksiyalarına müvafiq cavablar verə bilir.