Peşə Təmayüllü sinif layihəsi
Məktəb rəhbərliyinin məktəbin Peşə Təmayüllü X sinifdə tədris aparan müəllimləri ilə görüşü reallaşdı.
Qeyd edək, ki, peşə təmayüllü sinif layihəsi 228 nömrəli məktəbdə bu ildən tətbiq olunur.
Peşə Təmayüllü sinif şagirdlərinə kompyüter operatoru və aşpaz köməkçisi olmaqla iki peşə tədris olunur.
Ümumi orta təhsil bazasında təhsilalanların peşə təhsilinə hazırlanması, onların peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsi, peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi yolu ilə əmək bazarına hazırlanmasının təmin edilməsidir.
Yalnız peşədən imtahan verməklə sertifikata da nail ola biləcəklər. Onlar 11-ci sinfi bitirdikdən sonra istədikləri kollec və ali məktəbə sənəd verə bilərlər.