Son zəng səslənib
İyunun 14-də Bakı şəhəri 228 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib. Tədbirdə ictimaiyyət nümayəndələri, məktəb rəhbərliyi, müəllimlər, valideynlər və məzunlar iştirak ediblər. Məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar və maraqlı proqram nümayiş etdirilib. Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər Fəxri fərman və diplomlarla təltif olunublar.