"Kiçik Akademiya"nın rayon konfransı
23 may 2023-cü il tarixdə Bakı şəhəri Ə.Kazımov adına 228 nömrəli tam orta məktəbdə "Kiçik Akademiya təqdimatları" adlı Qaradağ Rayon Konfransı keçirildi.
Konfrans Qaradağ rayonu üzrə "Kiçik akademiya"ların mərkəzi məktəbi olan 228 nömrəli məktəb tərəfindən BŞTİ-nin müvafiq əmri ilə təşkil olunmuşdu.
Bu konfrans Qaradağ rayonu məktəblərinin tərkibində yaradılmış "Kiçik akademiya"ların sanki bir "Elm bayramı" idi.
Konfransda rayon məktəblərinin Kiçik Akademiyalarının müxtəlif bölmələrindən olan akademistlər elmi rəhbərlərinin dəstəyi ilə elmi təqdiqat işlərini təqdim etdilər.
Ķonfrans iştirakçılar üçün yorucu olmasın deyə cofeebreak fasiləsindən sonra qonaqlara şagirdlərdən ibarət rəqs qruplarının rəqs təqdimatları nümayiş etdirildi.
Tədbirin sonunda akademistlərə "Təşəkkürnamə"lər təqdim edildi.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 21.01.2008-ci il tarixli 63 nömrəli əmri ilə ümumtəhsil məktəblərində əsası qoyulan “Kiçik Akademiya” yaradıcılıq və elmi-tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin elmi birliyidir.
Şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsi, bu sahədəki fəaliyyətlərinin stimullaşdırılması, elmi-tədqiqat fəaliyyətinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması, ali təhsil müəssisələri ilə ümumi təhsil müəssisələri arasında akademik əlaqələrin genişləndirilməsi məqsədilə “Kiçik Akademiya”ların fəaliyyətinin təkmilləşdirilməsi BŞTİ-nin əsas fəaliyyət istiqamətlərindəndir.
Bu məqsədlə il ərzində iki dəfə “Kiçik Akademiya” təqdimatları” adlı rayon konfranslarının keçirilməsində
Məqsədlər:
Bakı şəhərinin inzibati rayonları üzrə ümumtəhsil məktəblərində fəaliyyət göstərən “Kiçik Akademiya” daxilində həyata keçirilən işlərin təqdimat və müzakirəsini təşkil etmək.
“Kiçik Akademiya”ların fəaliyyətinin düzgün təşkili istiqamətində yeni yanaşmaları müzakirə etmək .
Fərqli məktəblərdən olan “Kiçik Akademiya” üzvlərinin təcrübə mübadiləsi aparmaq.
“Kiçik Akademiya” üzvlərinin sayının müntəzəm olaraq artırılması.