"Vətənimizi Heydər Əliyev kimi sevək! adlı tədbir
3 may 2023-cü il tarixdə Azərbaycan Təhsil İşçilərinin Qaradağ Rayon Azad Həmkarlar İttifaqının sədri Zumrud Rzayeva xanımın təşkilatçılığı ilə
müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi və “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli 3494 nömrəli Sərəncamı”ndan irəli gələn tədbirlərin icra edilməsi məqsədilə Bakı şəhəri Ə.Kazımov adına 228 nömrəli tam orta məktəbdə tədbir keçirilib. Tədbirdə Zümrüd xanımın dəvəti ilə Sərhəd Qoşunlarının sərhədçiləri, Qaradağ məktəbləri təhsil işçiləri və 228 nömrəli məktəb rəhbərliyi iştirak edib və Ümummilli Lider Heydər Əliyevin həyat yoluna, Azərbaycan çağdaş tarixindəki fəaliyyətinə həsr olunmuş çıxışlar ediblər.
Ulu Öndər H. Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirin bədii hissəsi 228 nömrəli məktəbin təşkilat işləri üzrə direktor müavini Cemile Nuqrazade müəllimənin təşkilatçılığı ilə hazırlanmışdır.
Tədbirdə təhsil işçiləri və fəal şagirdlər təltifləndirilmişdir.