EduSimbioz layihəsinin sonuncu günü
EduSimbioz layihəsinin 7 seanslıq proqramının sonuncu günü məktəb psixoloqları tərəfindən təşkil edildi. Müxtəlif texnikalar, vidalaşma məktubu və şagirdlərin layihədə öyrəndikləri, maraqlarını cəzb edən metodikalar haqqında müzakirələr aparıldı.
Beləliklə ,EduSimbioz layihəsi başa çatdı.
Layihənin məqsədi Bakı şəhəri üzrə şagird nailiyyətləri aşağı olan Qaradağ rayonunda yerləşən 13 ümumi təhsil məktəbində IX sinif şagirdlərinə tələbə-mentor, psixoloji dəstək xidməti göstərməklə Azərbaycan dili və riyaziyyat fənləri üzrə öyrənmə boşluqlarının tamamlanmasıdır.