Şagirdlərimiz olimpiadanın 1-ci turunda qalib olub
Hər il ənənəvi şəkildə AR Elm və Təhsil Nazirliyinin dəstəyi ilə RF-in “Rossotrudniçestvo” Federal Agentliyinin Azərbaycandakı nümayəndəliyi tərəfindən ölkəmizdə ümumtəhsil müəssisələrinin şagirdləri arasında rus dilində olimpiada təşkil olunur. Cari ildən keçirilən olimpiada Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi, rus şairi və yazıçısı Mixail Lermontovun anadan olmasının 209 illiyi, Azərbaycan dramaturqu və şairi Mirzə Fətəli Axundovun anadan olmasının 211 illiyinə həsr olunur.
Bakı şəhəri Ə.Kazımov adına 228 nömrəli tam orta məktəbin rus bölməsi üzrə 9 i sinif şagirdləri yuxarıda qeyd olunan olimpiadanın 1-ci turunda qalib olaraq 2-ci turda iştirak ediblər.
Uğur olsun, uşaqlar!